Haftanın Şarkısı : Akif İslamzadə — Alagözlüm (Neyləyim)
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsızsolur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur, neyləyim?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalıb baxışları, neyləyim?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Alagözlüm, səndən ayrı gecələr…
Share this content:





Yorum gönder